Zubir “Qarabağ”ı bu kluba dəyişir
“Qarabağ”ın aparıcı futbolçusu Zubir yayda klubu tərk edə bilər.
90plus.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin cari mövsümün sonunda komandasını dəyişməsi gündəmdədir.
Fransanın “L’Équipe” nəşrinin məlumatına görə, 34 yaşlı vinger artıq Qətərin “Əl-Şahaniya” klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb. Hazırda tərəflər arasında transferin detalları üzərində danışıqlar aparılır.
Bildirilir ki, Zubirin “Qarabağ”la mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, lakin futbolçunun karyerasının yeni mərhələyə keçməsi ehtimalı yüksək qiymətləndirilir.
Təcrübəli futbolçu “Qarabağ”ın son illərdəki uğurlarında əsas fiqurlardan biri olub. O, Ağdam klubunun heyətində 355 oyuna çıxıb, 77 qol vurub və 94 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: Zubir “Qarabağ”ın tarixində ən çox oyun keçirən və komandanın oyun üslubuna ciddi təsir göstərən futbolçulardan biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved