Zubir qol vurdu, azarkeş qeyd edəndə xəstəxanalıq oldu

"Qarabağ"ın azarkeşi Zubirin qolundan sonra özünü zədələdi.
90plus.az xəbər verir ki, “Qarabağ” – “Kopenhagen” matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeşlərdən biri yıxılaraq xəsarət alıb. Həkimlərin ilkin məlumatına görə, onun diz qapağı qopub.
Azarkeş fasilədə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
© Copyright 2025, All Rights Reserved