12 dəqiqə oynadı, 1 dəfə də olsun topa toxuna bilmədi

"Qalatasaray"ın fransalı cinah müdafiəçisi Leo Dübua antirekordla yadda qalıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-offunda "Qalatasaray" "Yanq Boyz" səfərinə yollanıb. Matç 3-2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
"Qalatasaray"in futbolçusu Leo Dübua Çempionlar Liqasında antirekordla yadda qalıb. Sabiq "Lyon"lu cinah müdafiəçisi 79-cu dəqiqədə meydana daxil olub. 12 dəqiqə meydanda olsa da, topa bir dəfə də toxuna bilməyib.
Qeyd: Dübua 2022/2023 mövsümündə "Lyon"dan transfer edilmişdi. O, keçən mövsümün bir hissəsini "Başakşehir"də keçirmişdi.
© Copyright 2025, All Rights Reserved