"Mayorka"dan sensasiya – "Real Madrid" məğlub oldu
İspaniya La Liqasının 30-cu turunda "Mayorka" öz meydanında "Real Madrid"i məğlub edib.
90plus.az xəbər verir ki, "Son Moix" stadionunda keçirilən qarşılaşma olduqca gərgin mübarizə şəraitində keçib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barsa”nın üzü gülür... Liderlik fərqi 4-ə çatdı
“Real Madrid” səfərdə “Mallorka”ya məğlub oldu — bu nəticə La Liqa çempionluq yarışında həlledici məqam ola bilər:
1. “Barcelona” – 73 xal (1 oyun ehtiyatda)
2. “Real Madrid” – 69 xal
Mövsümün sonuna qədər Madrid təmsilçisinin La Liqada cəmi 8 oyunu qalıb.
Növbəti oyun isə Çempionlar Liqasında “Bayern Münhen”ə qarşı olacaq:
Malyorka 2 - 1 Real Madrid
M. Morlanes 42’
E. Militao 88’
V. Muriqi 90+1’
Qollar:
https://t.me/doxsanplus/116019
https://t.me/doxsanplus/116024
Əgər "Barselona" növbəti turda "Atletiko Madrid" üzərində qələbə qazanarsa, liderlik uğrunda mübarizədə "Real Madrid"lə xal fərqini 7-yə çatdıracaq.
© Copyright 2026, All Rights Reserved