Denzel Dyumfris yayın trendidir
"Milan"dan ayrılmağa hazırlaşan Denzel Dyumfris yay transfer dönəminin ən çox müzakirə olunan müdafiəçilərindən birinə çevrilib.
Niderland millisinin üzvü ilə həm “Liverpul”, həm də “Barselona”nın maraqlandığı bildirilir.
90plus.az xəbər verir ki, hər iki klub artıq futbolçunun vəziyyəti ilə bağlı ilkin təmaslar qurub. Hazırda "İnter Milan"ın formasını geyinən Dyumfrisin müqaviləsində iyul ayında aktiv olacaq 25 milyon avroluq sərbəstqalma maddəsi yer alır. Bu isə müdafiəçini Avropa nəhəngləri üçün cəlbedici seçimə çevirir.
Xəbərdə qeyd olunur ki, “Barselona” yalnız Jül Kunde komandadan ayrılacağı halda transfer üçün ciddi addım ata bilər. Kataloniya təmsilçisi sağ cinah müdafiəsini gücləndirmək variantlarını nəzərdən keçirir və Dyumfris əsas namizədlərdən biri hesab olunur.
Digər tərəfdən, "Liverpul" da futbolçunu yaxından izləməyə davam edir. “Qırmızılar”ın yeni mövsüm öncəsi heyətdə dəyişikliklər planlaşdırdığı və Dyumfrisin təcrübəsi ilə fiziki üstünlüklərini yüksək qiymətləndirdiyi vurğulanır.
Mənbənin iddiasına əsasən, 29 yaşlı futbolçunun gələcəyi Klubların Dünya Çempionatından sonra dəqiqləşəcək. Hələlik isə tərəflər arasında yekun qərarın verilmədiyi bildirilir.
Dyumfris ötən mövsüm “İnter”in əsas oyunçularından biri olub və həm müdafiədə, həm də hücum xəttinə dəstək baxımından diqqət çəkən performans sərgiləyib.
© Copyright 2026, All Rights Reserved