“Neftçi” Rüfət Abbasovu qaytardı
“Neftçi” yay transfer pəncərəsində ilk addımını atıb. Bakı təmsilçisi heyətini gənc futbolçu Rüfət Abbasovla gücləndirib.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumata görə, son olaraq “Şamaxı”da çıxış edən 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Abbasov yeni komandasında 3 nömrəli forma ilə çıxış edəcək.
Rüfət Abbasov “Neftçi” akademiyasının yetirməsidir. O, 2015-ci ildən etibarən klub sistemində çıxış edib və 2021/22 mövsümündə əsas komandada debüt edib. Müdafiəçi son iki mövsümü “Şamaxı”da keçirib.
Gənc futbolçu Azərbaycan U-21 millisində 17 oyunda meydana çıxıb. O, həmçinin əsas milli komandanın düşərgəsinə də dəvət alıb.
© Copyright 2026, All Rights Reserved