“Şamaxı”da 8-ci ayrılıq oldu
"Şamaxı"nın heyətində köklü dəyişikliklər davam edir. Klub növbəti futbolçu ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, komandanın mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı yarımmüdafiəçi Rodriqe Fernandesin müqavilə müddəti başa çatıb və o, kollektivdən ayrılıb. O, mart ayından etibarən “Şamaxı”nın heyətində cəmi 5 oyunda meydana çıxmışdı.
Bununla da son günlərdə klubdan ayrılan futbolçuların sayı artıb.
Daha əvvəl icarə müddəti bitən Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov da komandadan ayrılmışdı.
Həmçinin Karim Rossi və Rüfət Abbasov da “Şamaxı” ilə vidalaşanlar siyahısındadır.
© Copyright 2026, All Rights Reserved