Neymar millidə 10 nömrə! “Santos”da oynamayacaq
Braziliya millisinin ulduzu Neymar 2026-cı il dünya çempionatına hazır olmağı planlaşdırır. Özü də 10 nömrədə! Buna görə də "Santos"da gələn mövsümə qədər oynamayacaq.
90plus.az xəbər verir ki, Braziliya mətbuatının yaydığı məlumata görə, Neymar hazırda sağ ayağında (bud nahiyəsində) şişkinlik səbəbindən bərpa prosesi keçir. Lakin futbolçunun əsas hədəfi mundiala tam hazır şəkildə qatılmaqdır.
Bildirilir ki, 33 yaşlı hücumçunun turnirdən əvvəl “Santos”un heyətində bir daha meydana çıxması gözlənilmir və o, bütün diqqətini dünya çempionatına yönəldib.
Eyni zamanda Braziliya millisində diqqət çəkən qərarlardan biri də 10 nömrəli formaya aiddir. Məlumata görə, komandanın simvolik “10 nömrə”li forması yenidən Neymara veriləcək.
Buna baxmayaraq, Vinisius Junior və Rafinya kimi futbolçuların da həmin nömrəni daşımaq imkanı olduğu halda, seçim birbaşa Neymardan yana edilib.
Qeyd: Neymar Braziliya millisinin heyətində indiyədək 128 oyunda 79 qol vurub və komandanın tarixində ən məhsuldar futbolçulardan biridir.
© Copyright 2026, All Rights Reserved