Rüdiger “Real”la yeni sözləşməyə razılaşdı
“Real Madrid”dan Rüdiger qərarı – yeni müqavilə üzrə razılıq əldə olundu.
90plus.az xəbər verir ki, Madrid “Real”ı müdafiəçisi Antonio Rüdiger ilə yeni müqavilə üzrə razılığa gəlib.
Məlumata görə, tərəflər 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan yeni sözləşmə ilə bağlı şifahi anlaşma əldə edib. Rəsmi açıqlamanın isə klubda davam edən prezident seçki prosesi səbəbindən bir qədər sonra verilməsi planlaşdırılır.
Bildirilir ki, almaniyalı müdafiəçi Madrid təmsilçisinin təklifini qəbul edib və hazırda müqavilənin son detalları nəzərdən keçirilir. Tam razılığın yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
33 yaşlı futbolçu 2022-ci ildə Londonun "Çelsi" klubundan azad agent kimi “Real”a keçib. O vaxtdan bəri paytaxt təmsilçisinin heyətində 182 oyunda meydana çıxıb.
Berlin doğumlu müdafiəçi 2014-cü ildə debüt etdiyi Almaniya millisində isə indiyədək 82 qarşılaşmada forma geyinib.
© Copyright 2026, All Rights Reserved