“Napoli” yeni baş məşqçisini tapdı
“Napoli” yeni baş məşqçisini tapdı – seçim İtaliano oldu.
90plus.az xəbər verir ki, “Napoli” klubu yeni baş məşqçi postu üçün əsas namizədi müəyyənləşdirib.
İtaliya mətbuatının yaydığı məlumata görə, Neapol təmsilçisi Vinçenso İtaliano ilə razılığa çox yaxındır. Təcrübəli mütəxəssis artıq klub prezidenti Aurelio De Laurentis və idman direktoru Covanni Manna ilə Romada görüş keçirib.
Mənbənin iddiasına əsasən, tərəflər arasında danışıqlar müsbət keçib və hazırda son detallər müzakirə olunur. Italianonun yaxın günlərdə “Bolonya” rəhbərliyi ilə görüşərək istefa verməsi gözlənilir.
Beləliklə, iki mövsümdür “Bolonya”nı çalışdıran italiyalı məşqçi böyük ehtimalla karyerasını “Napoli”də davam etdirəcək.
Məlumata görə, Neapol klubunun digər əsas variantı Massimiliano Alleqri olub. Lakin son mövsümdə uğursuz nəticələr və Çempionlar Liqasına vəsiqənin əldən verilməsi Alleqrinin şanslarını azaldıb.
Bundan əlavə, “Napoli” azarkeşlərinin də Alleqri variantına isti yanaşmadığı bildirilir. Klub prezidenti De Laurentis isə bu səbəbdən yeni layihəni daha çox Italiano ilə başlamağa meyllidir.
Qeyd: İtaliano “Napoli”də Antonio Kontenin yerini tutmağa hazırlaşır.
© Copyright 2026, All Rights Reserved