“Kəpəz” Dioqo Verdaska ilə sözləşdi
“Kəpəz” Dioqo Verdaska ilə yeni müqavilə bağlayıb.
90plus.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti açıqlama yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb. Beləliklə, Verdaska növbəti mövsümlərdə də “sarı-göylər”in formasını geyinəcək.
29 yaşlı futbolçu geridə qalan çempionatda 28 matçda meydana çıxıb və 1 qolla yadda qalıb. O, 2024/25 mövsümündən etibarən “Kəpəz”in heyətində çıxış edir.
© Copyright 2026, All Rights Reserved