15 yaşlı Avropa çempionumuz: “Ana, oğlun çempion gəlir!”
Azərbaycanın gənc güləşçisi Elvin Nəcəfzadə U15 Avropa çempionatında möhtəşəm uğura imza atıb!
90plus.az xəbər verir ki, 85 kq çəki dərəcəsində çıxış edən Elvin, Bolqarıstanın Samokov şəhərində keçirilən yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub!
Çempionluqdan sonra yayılan görüntülər isə hər kəsi duyğulandırıb. Elvinin anasına səslənərək:
"Ana, oğlun çempion gəlir!” deməsi sosial şəbəkələrdə böyük sevgi və alqışla qarşılanıb.
VİDEO: https://t.me/doxsanplus/117118
© Copyright 2026, All Rights Reserved