Lautaro Martines “Barselona”ya YOX dedi
“İnter”in kapitanı Lautaro Martinesin agenti Alexandro Kamano argentinalı hücumçunun yay transfer dönəmində “Barselona”ya keçəcəyi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.
90plus.az xəbər verir ki, agent bunları deyib:
“Dünyanın istənilən klubundan gələn zəngə hörmətlə yanaşaram, amma cavab eyni olar. Lautaro “İnter”də xoşbəxtdir”.
“Hazırda Milanda xoşbəxtdir. Qarşıda onu bu yay Dünya Çempionatı gözləyir, növbəti mövsüm üçün əsas məqsəd isə “İnter”lə Çempionlar Liqasını qazanmaqdır. O, “İnter”i sevir”, deyə agent əlavə edib.
Martinesin nüfuzu “İnter”lə qazandığı tarixi qızıl dubldan sonra daha da artıb. Milan təmsilçisi həm A Seriyasının çempionu olub, həm də İtaliya Kubokunu qazanıb.
“Barselona” isə komandadan ayrılması gözlənilən Robert Levandovskiyə uzunmüddətli əvəzləyici axtardığı üçün Martinesi əsas namizədlərdən biri hesab edirdi.
Lakin Kamano vurğulayıb ki, istər “Barselona”, istərsə də Premyer Liqa klublarından gələcək istənilən təklifə cavab dəyişməyəcək. Çünki hücumçu Milanda tam xoşbəxtdir.
© Copyright 2026, All Rights Reserved