Tovuz stadionu avrokubok matçı üçün təmirdə!
“Turan Tovuz” Misli Premyer Liqasının 33-cü turunda “Sabah”a qarşı keçirəcəyi oyunun niyə Bakıda baş tutacağına aydınlıq gətirib.
90plus.az xəbər verir ki, Qərb təmsilçisinin yaydığı açıqlamada bildirilib ki, Tovuz şəhər stadionunda davam edən yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə qarşılaşmanın məkanı dəyişdirilib. Klub bu səbəbdən Peşəkar Futbol Liqasına müraciət edib və oyunun “Bank Respublika Arena”da keçirilməsi qərara alınıb.
“Turan Tovuz” rəhbərliyi azarkeşlərə müraciətində əsas hədəfin avrokubok matçlarını doğma arenada keçirmək olduğunu vurğulayıb. Klub stadionun UEFA tələblərinə uyğunlaşdırılması üçün işlərin intensiv şəkildə davam etdiyini diqqətə çatdırıb.
Qeyd: Tovuz təmsilçisi 2026/27 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
© Copyright 2026, All Rights Reserved