“Napoli” Hoylundu birdəfəlik aldı
Rasmus Hoylund rəsmən “Napoli”də – “Mançester Yunayted” 50 milyon avro qazanacaq.
90plus.az xəbər verir ki, İtaliya çempionu "Napoli" danimarkalı hücumçu Rasmus Hoylund ilə bağlı qərarını rəsmiləşdirib. Fabrizio Romanonun yaydığı məlumata görə, Neapol təmsilçisi futbolçunun müqaviləsində yer alan satınalma maddəsini aktivləşdirərək onu birdəfəlik transfer edib.
Məlumata əsasən, UEFA Çempionlar Liqasına vəsiqənin təmin olunması ilə birlikdə 44 milyon avroluq satınalma bəndi qüvvəyə minib və Hoylund artıq tamhüquqlu şəkildə “Napoli”nin futbolçusuna çevrilib.
Transferin ümumi məbləği isə 50 milyon avro təşkil edir. "Mançester Yunayted" əvvəlcədən ödənilən 6 milyon avroluq icarə haqqı, 44 milyon avroluq transfer məbləği və futbolçunun maaş yükündən azad olunması sayəsində ciddi gəlir əldə edib.
“Napoli” rəhbərliyi Hoylundu komandanın gələcək layihəsinin əsas simalarından biri hesab edir. Hücumçunun A Seriyasında göstərdiyi performans klub daxilində yüksək qiymətləndirilib.
© Copyright 2026, All Rights Reserved