Joao Pedro “Barselona”nın hədəfidir
“Barselona”nın yeni əsas hədəfi Joao Pedrodur.
90plus.az xəbər verir ki, "Barselona" hücum xəttini gücləndirmək üçün yeni əsas namizəd müəyyənləşdirib. “Mundo Deportivo”nun yaydığı məlumata görə, Kataloniya təmsilçisinin transfer siyahısında artıq ilk sıraya Joao Pedro yüksəlib.
Mənbənin iddiasına əsasən, Xulian Alvares transferinin çətinləşməsi “Barselona” rəhbərliyini alternativ variantlara yönəldib. Argentinalı hücumçu klub daxilində Robert Levandovskinin uzunmüddətli varisi kimi qiymətləndirilsə də, "Atletiko Madrid" oyunçunu birbaşa La Liqa rəqibinə satmaq istəmir.
Xəbərdə bildirilir ki, Madrid klubu Alvaresi daha çox "Paris Sen-Jermen"ə göndərməyə üstünlük verir. Fransa nəhənginin isə hücumçu üçün 100 milyon avrodan artıq məbləğ ödəməyə hazır olduğu vurğulanır.
Bu səbəbdən “Barselona”nın idman direktoru Dekonun əsas alternativi Joao Pedrodur. Braziliyalı futbolçunun transferinin Alvareslə müqayisədə daha münasib qiymətə başa gələcəyi qeyd edilir.
Məlumata görə, Joao Pedronun transferi “Barselona”ya təxminən 70 milyon avroya başa gələ bilər.
© Copyright 2026, All Rights Reserved