Ançelotti: "Neymarın milliyə çağırılması yalnız özündən asılıdır"
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bir daha vurğulayıb ki, Neymarın qarşıdakı dünya çempionatı üçün heyətə çağırılması onun fiziki durumundan asılı olacaq.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis “Santos”un ulduz futbolçusunun istedadına isə heç bir şübhə etmədiyini bildirib.
“Neymarın milliyə çağırılması yalnız özündən asılıdır”, – deyə Ançelotti bildirib.
“Bu, futbolçunun meydanda nə göstərməsindən asılıdır. Bu meyar təkcə Neymar üçün keçərli deyil.
Əksər futbolçularda həm istedadı, həm də fiziki vəziyyəti qiymətləndirmək lazımdır. Neymar məsələsində isə yalnız onun fiziki durumuna baxmaq kifayətdir. Çünki onun istedadı müzakirə mövzusu deyil. Bu, məndən yox, ondan asılıdır.”
© Copyright 2026, All Rights Reserved