POP əfsanələri dünya kubokunda oxuyacaqlar
Dünya şöhrətli ulduzlar Madonna, Şakira və BTS 2026-cı il futbol üzrə dünya çempionatının final oyununda keçiriləcək fasilə şousunun əsas səhnə iştirakçıları kimi rəsmi şəkildə elan olunublar.
90plus.az xəbər verir ki, tədbirin təşkilinə “Coldplay” qrupunun solisti Kris Martin rəhbərlik edir. Qrupun X (keçmiş Twitter) hesabında yayımlanan kreativ video təqdimatda Martin ulduzlarla zəngin heyəti “Sesame Street”in sevilən personajları Elmo, Cookie Monster və Kermit the Frog, həmçinin “The Muppets”in məşhur qəhrəmanları Miss Piggy və Animal ilə birlikdə təqdim edib.
Şou təkcə əyləncə xarakteri daşımır, eyni zamanda mühüm xeyriyyə missiyasına da xidmət edir. “Coldplay”ın rəsmi açıqlamasında bildirilib:
“Kris Martin tərəfindən kurasiya olunan və Global Citizen tərəfindən istehsal edilən şou FIFA Global Citizen Education Fund üçün vəsait toplamağa kömək edəcək. Bu təşəbbüs dünyadakı uşaqların keyfiyyətli təhsil və futbol imkanlarına çıxışını təmin etməyə həsr olunub.”
2026-cı il dünya çempionatının final görüşü iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən “MetLife Stadium”da keçiriləcək. Pop musiqisinin əfsanələri və qlobal ikonaları bir araya gətirən bu fasilə şousunun idman və xeyriyyəçiliyi futbolun ən böyük səhnəsində birləşdirərək tarixin ən çox izlənilən musiqi tədbirlərindən birinə çevriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved