“Barsa”nın 100 xal arzusu suya düşdü
“Alaves” çempion “Barselona”nı məğlub etdi – 11 oyunluq seriya qırıldı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 36-cı turunda "Deportivo Alaves" doğma meydanda çempion Barcelona üzərində sensasiyalı qələbə qazanıb.
Qarşılaşmanın taleyini həll edən yeganə qolu 45+1-ci dəqiqədə Diabate vurub. Bu nəticə sayəsində “Alaves” La Liqada vacib 3 xal əldə edərək aşağı liqa zonasından çıxıb və turnir cədvəlində 15-ci pilləyə yüksəlib:
Alaves 1 - 0 Barselona
Diabate 45+1’
Məğlubiyyətlə birlikdə “Barselona”nın La Liqadakı 11 oyunluq qələbə seriyası da başa çatıb. Kataloniya klubu son həftələrdəki uğurlu çıxışını davam etdirə bilməyib.
Bu yenilgi eyni zamanda “Barselona”nın mövsümü 100 xalla başa vurmaq ümidlərini də puça çıxarıb. Hazırda kataloniyalıların aktivində 91 xal var və mövsümün sonuna cəmi iki tur qalıb.
© Copyright 2026, All Rights Reserved