Messi dubl etdi, komandası liderə çathaçatdır
Messidən daha bir şou – “İnter Mayami” zirvə yarışında iddiasını davam etdirir.
90plus.az xəbər verir ki, MLS-də növbəti məhsuldar gecəsini yaşayan Lionel Messi komandası "İnter Mayami" ilə birlikdə vacib qələbə qazanıb.
Gərgin keçən qarşılaşmada “İnter Mayami” səfərdə "Sinsinnati" üzərində 5:3 hesablı qələbəyə sevinib. Argentinalı superulduz matçda dubl edərək komandasının uğurunda əsas pay sahiblərindən biri olub.
Bu nəticədən sonra “İnter Mayami” Şərq Konfransında lider "Neşvill" ilə xal fərqini minimuma endirib. Hazırda “Neşvill”in 27, “İnter Mayami”nin isə 25 xalı var.
2026 MLS mövsümündə Messi əla statistikası ilə diqqət çəkir. 37 yaşlı futbolçu keçirdiyi 12 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Argentinalının forması xüsusilə 2026 Dünya Çempionatı yaxınlaşdıqca daha çox parlayır.
© Copyright 2026, All Rights Reserved