Valdas Dambrauskasdan başqa kimsə bunu etməmişdi
2025/26 mövsümü Azərbaycan futbolunda "Sabah" üçün tarixi uğurla yadda qaldı. Paytaxt təmsilçisi həm Misli Premyer Liqasının çempionu oldu, həm də Azərbaycan Kubokunu qazanaraq “qızıl dubl”a imza atdı. Kubokun finalında Zirə FK üzərində 2:1 hesablı qələbə qazanan “Sabah” mövsümün əsas kuboklarını muzeyinə apardı.
90plus.az xəbər verir ki, komandanın baş məşqçisi Valdas Dambrauskas isə Azərbaycan futbol tarixində xüsusi rekord müəllifi oldu. Litvalı mütəxəssis ölkəmizdə “qızıl dubl” edən ilk əcnəbi baş məşqçi kimi adını tarixə yazdırdı.
Buna qədərki 11 “qızıl dubl” yalnız yerli mütəxəssislərin rəhbərliyi altında əldə olunmuşdu. Ən uğurlu məşqçi Qurban Qurbanov olub. O, rəhbərlik etdiyi komanda ilə 5 dəfə bu uğura nail çıxıb. Kazbek Tuayev və Ağasəlim Mircavadov hərəsi iki dəfə “qızıl dubl” sevinci yaşayıb. Mehman Allahverdiyev və Böyükağa Hacıyev isə bu uğuru bir dəfə təkrarlaya bilib.
© Copyright 2026, All Rights Reserved