Seru Girassi Bundesliqadan gedir. 3 namizəd klub var
Seru Girassinin gələcəyi qeyri-müəyyən – yayda ayrılıq gündəmdədir.
90plus.az xəbər verir ki, Seru Girassi yay transfer pəncərəsində "Borussiya Dortmund"dan ayrılmaq istəyir - Sky Germany.
Məlumata görə, Qvineya millisinin hücumçusu artıq yeni çağırışa hazırdır və Bundesliqa karyerasını bitirərək başqa liqada çıxış etməyi planlaşdırır.
Futbolçunun vəziyyəti bir sıra TOP-klubların diqqətini çəkib. İddialara əsasən, hazırda ən ciddi maraq göstərən komandalar arasında "Milan", "Tottenhem" və "Fənərbağça" yer alır.
Bu klubların yaxın həftələrdə futbolçu üçün rəqabətə girməsi və transfer uğrunda ciddi mübarizə aparması gözlənilir.Girassinin isə gələcəyi ilə bağlı yekun qərarı yayda verməsi planlaşdırılır.
Qeyd: Hücumçu “Borussiya Dortmund”a qoşulduqdan sonra hücum xəttində əsas fiqurlardan birinə çevrilmişdi.
© Copyright 2026, All Rights Reserved