“Arsenal” Arda Güler üçün israr edir
“Arsenal”dan Arda Gülər üçün 90 milyon avroluq transfer planı var.
90plus.az xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsində Arda Güler üçün böyük addım atmağa hazırlaşır. İngiltərə klubunun "Real Madrid"in gənc ulduzunu transfer etmək istədiyi bildirilir.
“El Nacional” nəşrinin yaydığı məlumata görə, London təmsilçisi türkiyəli futbolçu üçün 90 milyon avroluq təklif hazırlaya bilər. “Topçular”ın rəhbərliyi Güləri komandanın gələcək layihəsinin əsas hissələrindən biri hesab edir.
Mənbədə qeyd olunur ki, baş məşqçi Mikel Arteta 20 yaşlı oyunçunu hücum xəttinə uzunmüddətli və vacib əlavə kimi görür. İspan mütəxəssisin Gülərin texniki bacarıqlarına və yaradıcı oyun üslubuna böyük rəğbət bəslədiyi vurğulanır.
Arda Gülər son dönəmdə “Real Madrid”də məhdud oyun vaxtı alsa da, klub daxilində onun böyük potensiala sahib olduğu düşünülür. Buna görə də Madrid təmsilçisinin mümkün transfer təklifinə necə reaksiya verəcəyi maraq doğurur.
© Copyright 2026, All Rights Reserved