Futbolçular Valverdeni istəmir
“Real Madrid”də gərginlik: bəzi futbolçular Valverdenin satışını istəyir.
90plus.az xəbər verir ki, "Real Madrid" düşərgəsində gərginliyin artdığı bildirilir. İspaniya mətbuatının yaydığı məlumata görə, komandanın bəzi nüfuzlu futbolçuları yay transfer pəncərəsində Federiko Valverde ilə yolların ayrılmasını istəyir - Ramon Alvarez de Mon.
Mənbənin iddiasına əsasən, uruqvaylı yarımmüdafiəçinin komandadakı gələcəyi artıq ciddi şəkildə sual altındadır. Buna səbəb isə onun fransalı futbolçu Aureliyen Çuameni ilə yaşadığı qalmaqallı münasibətdir.
Bildirilir ki, iki oyunçu arasında baş verən gərginlik kollektiv daxilində də narazılıq yaradıb. Klub rəhbərliyi isə vəziyyəti diqqətlə izləyir və yay transfer dönəmində Valverde ilə bağlı qərarın yenidən nəzərdən keçirilə biləcəyi vurğulanır.
Hazırda “Real Madrid” tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved