“Man Siti” 16 yaşlı istedad üçün yarışır
“Mançester Siti” alman istedad üçün yarışa qoşuldu.
90plus.az xəbər verir ki, “Mançester Siti”Almaniyanın gənc istedadı Kennet Ayhorn uğrunda mübarizəyə qoşulub.
Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, 16 yaşlı futbolçu həm Premyer Liqa, həm də Bundesliqanın aparıcı klublarının diqqət mərkəzindədir. “Mançester Siti” ilə yanaşı, daha bir Premyer Liqa klubu və Almaniya nəhəngləri də gənc oyunçunu izləyir.
Mənbənin bildirdiyinə görə, Kennet Ayhorn gələcəyin çox perspektivli futbolçularından biri hesab olunur və qarşıdakı aylarda onun ətrafında transfer rəqabətinin artması gözlənilir.
Hazırda rəsmi təklif yoxdur, lakin Avropanın top klubları 16 yaşlı istedadı yaxından izləməyə davam edir.
© Copyright 2026, All Rights Reserved