“Jirona”nın xilaskarını “Ayaks” israrla istəyir
Niderland nəhəngi yeni baş məşqçisini İspaniyadan tapır.
90plus.az xəbər verir ki, Niderlandın “Ayaks” klubu yayda yeni baş məşqçi təyinatına hazırlaşır.
Amsterdam təmsilçisinin əsas namizədi hazırda Miçel hesab olunur. Klub daxilində onun prioritet seçim olduğu bildirilir. Daha əvvəl Arne Slot adı gündəmə gəlsə də, “Ayaks” rəhbərliyi əsas diqqəti məhz ispan mütəxəssisə yönəldib.
Bununla yanaşı, “Ayaks” mümkün problemləri nəzərə alaraq üç nəfərlik qısa siyahı da hazırlayıb. Klub Miçellə razılıq əldə olunmasa, alternativ variantlara keçəcək.
Hazırda "Jirona"nı çalışdıran Miçelin yayda komandadan ayrılması mümkündür. “Jirona” rəhbərliyi artıq potensial əvəzləyiciləri dəyərləndirməyə başlayıb.
Qeyd: Miçel son mövsümlərdə “Jirona” ilə göstərdiyi uğurlu performans sayəsində Avropanın diqqətini üzərinə çəkib.
© Copyright 2026, All Rights Reserved