Leverkuzen israrla İraolanı istəyir
İraolanın gələcəyi ilə bağlı qərar yaxın günlərdə veriləcək.
90plus.az xəbər verir ki, Andoni İraolanın gələcəyi ilə bağlı qərarın yaxın zamanda verilməsi gözlənilir.
Məlumata görə, ispaniyalı baş məşqçi bir neçə klubdan gələn təklifləri dəyərləndirir və hazırda son qərar mərhələsinə yaxınlaşır. Bildirilir ki, “Bayer Leverkuzen” hazırda onunla birbaşa danışıqlar aparır və alman klubu mübarizədən çəkilmir.
Eyni zamanda “Kristal Pelas”ın da təqdim etdiyi təklif qüvvədə qalır. İngiltərə Premyer Liqasından gələn maraq isə İraolanın qərarında həlledici faktor kimi qiymətləndirilir, çünki mütəxəssis son həftələrdə əsas prioritetini İngiltərədə qalmaq ehtimalına yönəldib.
Fabrizio Romano-nun məlumatına görə, “Bayer Leverkuzen” İraolanı transfer etmək üçün cəhdlərini davam etdirir və danışıqlardan geri çəkilmir.
Hazırda bütün tərəflər İraolanın son qərarını gözləyir və yaxın günlərdə bu məsələnin aydınlaşacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved