“İnter” “Tottenhem”in müdafiəçisinə elçi çıxıb
“İnter”dən “Tottenhem”in gənc ulduzuna maraq - xorvatiyalı Luka Vuşkoviçdən söhbət gedir.
90plus.az xəbər verir ki, “İnter” “Tottenhem”in perspektivli müdafiəçisi Luka Vuşkoviçi transfer etmək istəyir.
Məlumata görə, İtaliya çempionu 19 yaşlı xorvatiyalı mərkəz müdafiəçisini gələcək üçün əsas hədəflərdən biri hesab edir. Bildirilir ki, komandanın baş məşqçisi Kristian Kivu futbolçunun böyük pərəstişkarıdır və onun transferini dəstəkləyir.
Lakin Vuşkoviç uğrunda mübarizədə “İnter” tək deyil. Almaniyanın “Borussiya Dortmund” və İngiltərənin “Mançester Yunayted” klubları da gənc futbolçunu heyətinə qatmağa çalışır. Bundan başqa, Avropanın bir sıra aparıcı klubları da onun vəziyyətini yaxından izləyir.
Bununla belə, “Tottenhem” futbolçunu birdəfəlik transfer etməyə həvəsli deyil. London təmsilçisi Vuşkoviçi klubun gələcək layihəsinin vacib hissəsi hesab edir və onu komandada saxlamaq niyyətindədir.
Qeyd: Luka Vuşkoviç son illərdə Avropanın ən perspektivli müdafiəçilərindən biri kimi qiymətləndirilir və bir çox böyük klubun transfer siyahısında yer alır.
© Copyright 2026, All Rights Reserved