PSJ: Neveşi al, Valverdeni ver
PSJ-dən Valverde üçün sensasion plan: Joau Neveş dəyişdirilə bilər.
90plus.az xəbər verir ki, PSJ “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverdeni transfer etmək üçün müxtəlif variantları nəzərdən keçirir - El Nacional.
Paris klubunun prezidenti Nasser Əl-Xelaifi uruqvaylı futbolçunun böyük pərəstişkarıdır və onun transferini reallaşdırmaq üçün qeyri-adi həll yolları axtarır. Bildirilir ki, PSJ mümkün razılaşma çərçivəsində Joau Neveşi də qarşı tərəfə təklif edə bilər.
Fransa nəhəngi hesab edir ki, portuqaliyalı yarımmüdafiəçinin daxil ediləcəyi mübadilə əməliyyatı “Real Madrid”i danışıqlara başlamağa sövq edə bilər. Bununla belə, Madrid təmsilçisi hazırda Valverdenin ayrılmasını nəzərdən keçirmək istəmir.
Buna baxmayaraq, PSJ rəhbərliyi 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün bütün mümkün variantları araşdırmağa davam edir. Valverde son illərdə “Real Madrid”in ən vacib oyunçularından biri kimi çıxış edir və klubun əsas simalarından hesab olunur.
© Copyright 2026, All Rights Reserved