Entoni Qordon rəsmən “Barselona”da
Entoni Qordon “Barselona”ya transfer olundu – 80 milyon avroluq rəsmi keçid baş tutdu.
90plus.az xəbər verir ki, “Barselona” İngiltərə millisinin hücumçusu Entoni Qordonu “Nyukasl”dan transfer edib.
İspaniya nəhəngi futbolçunun transferini rəsmən açıqlayıb. Razılaşmaya əsasən, keçidin ümumi dəyəri bonuslar daxil olmaqla 80 milyon avrodan çox təşkil edir. Qordonla imzalanan müqavilə 2031-ci ilin yayına qədər – 5 illik nəzərdə tutulub.
“Həmişə Barselonada oynamaq istəmişəm”
24 yaşlı futbolçu təqdimat mərasimində “Barselona”ya keçidinin onun üçün xüsusi məna daşıdığını bildirib:
“Uşaqlıqdan bəri ‘Barselona’da oynamaq istəmişəm. Mən hətta 3 yaşından bu klubda oynamağı arzulayırdım.”
Qordon həmçinin İspan dilini bilməsi barədə də danışıb:
“‘Nyukasl’dakı fizioterapevtim ispan idi və biz hər gün ispan dilində danışırdıq. Ona ‘bir gün ‘Barselona’da oynamaq istəyirəm’ demişdim.”
Klubun planı və təqdimat
Futbolçu artıq Barselonaya gəlişindən qısa müddət sonra rəsmi təqdimatda iştirak edib.
“Barselona” rəhbərliyi bu transferi uzunmüddətli layihənin bir hissəsi kimi görür və Qordondan hücum xəttində böyük rol gözləyir.
© Copyright 2026, All Rights Reserved