Pedri: “Bu gerçəkləşən arzunun hekayəsidir”
Pedri digər klublardan təkliflər almasına baxmayaraq, "Barselona"da qalmaq qərarının səbəbini açıqlayıb.
90plus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bildirib ki, müxtəlif komandaların marağı barədə eşitsə də, onun fikri həmişə eyni olub:
“Belə şeyləri eşidirsən, sənə digər klubların maraq göstərdiyini deyirlər. Amma mənim içimdə yalnız bir fikir var idi – qalmaq istədiyim yer “Barselona”dır.
Mən “Barselona”nı heç nəyə dəyişmərəm. Hər kəsi dinləyə bilərəm, amma mənim üçün dünyanın ən yaxşı klubu “Barselona”dır. Uşaqlıqdan yaşadığım və xəyalını qurduğum yer məhz buradır, indi bunu dəyişmək fikrim yoxdur.
Bəlkə də film ssenarisi kimi səslənir, amma babam “Barselona” azarkeşlər klubunun əsasını qoymuşdu və mən matçları məhz orada izləyirdim. İndi isə meydanda bu komandanın formasını geyinən mənəm. Buna inanmaq çətindir, amma bu, gerçəkləşən bir arzunun hekayəsidir”.
© Copyright 2026, All Rights Reserved