Renat Dadaşov Polşa klubunda yolun sonuna gəldi
Renat Dadaşov “Motor Lüblin”lə vidalaşdı.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Motor Lüblin” klubunu tərk edib. Klub rəhbərliyi futbolçu ilə başa çatan müqaviləni uzatmamaq qərarına gəlib. Bu barədə Polşa təmsilçisinin yaydığı açıqlamada bildirilib.
26 yaşlı forvard ötən ilin yayında “Motor Lüblin”ə transfer olunmuşdu. O, komandada keçirdiyi bir mövsüm ərzində əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkib. Dadaşov bütün turnirlərdə 22 oyunda meydana çıxsa da, rəqib qapılarına yol tapa bilməyib.
Azərbaycan millisinin üzvünün gələcək karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil. Hücumçunun yay transfer dövründə yeni klub axtarışına başlayacağı gözlənilir.
Qeyd: Renat Dadaşov karyerası ərzində “Ayntraxt Frankfurt”, “Vulverhempton”, “Qrasshopper”, “Hatayspor”, “AnkaraGücü” və “Radomyak” kimi klubların da formasını geyinib.
© Copyright 2026, All Rights Reserved