“Qəbələ - Mingəçevir”: Hakimlər bəlli
“Qəbələ” – “Mingəçevir” duelinin hakimləri müəyyənləşdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasına yüksəlmək uğrunda keçiriləcək həlledici qarşılaşmanın hakim təyinatları açıqlanıb.
AFFA-nın məlumatına görə, “Qəbələ” və “Mingəçevir” arasında baş tutacaq oyunu FIFA referisi Tural Qurbanov idarə edəcək. Ona yan xətt hakimləri kimi Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər.
Dördüncü hakim vəzifəsi İnqilab Məmmədova həvalə olunub. VAR hakimi Rəvan Həmzəzadə olacaqsa, AVAR funksiyasını Teymur Teymurov yerinə yetirəcək.
Matçın hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi isə Elçin Mehtiyev təyin olunub.
Qeyd: Azərbaycan Premyer Liqasına vəsiqə baxımından böyük əhəmiyyət daşıyan “Qəbələ” – “Mingəçevir” qarşılaşması mayın 28-də saat 18:30-da SOCAR Polymer Arenada keçiriləcək.
© Copyright 2026, All Rights Reserved