Bombardir mükafatına qovuşdu
Misli Premyer Liqasının ən məhsuldar futbolçusu Coy Lens Mikels mükafatlandırıldı.
90plus.az xəbər verir ki, 2025/26 mövsümündə Misli Premyer Liqasının bombardiri adına layiq görülən futbolçu bəlli olub.
"Sabah"ın hücumçusu Coy Lens Mikels çempionatı 19 qolla başa vuraraq mövsümün ən sərrast oyunçusu adına sahib çıxıb.
Təcrübəli forvard üçün xüsusi hədiyyə də hazırlanıb. Mükafatı futbolçuya Elxan Səmədov təqdim edib.
Mikels mövsüm ərzində göstərdiyi stabil performansla “Sabah”ın hücum xəttinin əsas fiqurlarından biri olub. Onun vurduğu qollar paytaxt təmsilçisinin uğurlu nəticələrində mühüm rol oynayıb.
Qeyd: Nigeriyalı hücumçu geridə qalan mövsümdə Misli Premyer Liqasının ən məhsuldar futbolçusu kimi yadda qalıb.
© Copyright 2026, All Rights Reserved