Dibala Premyer Liqa istəyir, “Roma” da onu
Dibala Premyer Liqaya keçidə açıqdır – “Roma” yeni müqaviləyə inanır.
90plus.az xəbər verir ki, İtaliyanın “Roma” klubunun hücumçusu Paulo Dibala bu yay İngiltərə Premyer Liqasında oynamaq variantına açıqdır.
“Sky Sports”un yaydığı məlumata görə, argentinalı futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq və tərəflər arasında yeni anlaşma əldə olunmasa, o, azad agent statusu qazanacaq.
Buna baxmayaraq, “Roma” rəhbərliyi 32 yaşlı oyunçunun komandada qalacağına inanır. Klubun Dibala ilə yeni müqavilə imzalamaq məsələsində nikbin olduğu bildirilir.
Mənbənin məlumatında qeyd olunur ki, Paulo Dibala uzun illərdir Premyer Liqada çıxış etməyi arzulayır və İngiltərədən gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Təcrübəli hücumçu 2024/25 mövsümündə “Roma”nın heyətində bütün turnirlər daxil olmaqla 39 oyunda meydana çıxıb, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved