Acun İlıcalının komandası İngiltərə Premyer Liqasında
“Hall Siti” Premyer Liqada – 90+5 dramı ilə tarixi yüksəliş! Acun İlıcalı sevindi.
90plus.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu “Hall Siti” İngiltərə Premyer Liqasına yüksəlib. Çempionşip pley-off finalında “Midlsbro” ilə üz-üzə gələn komanda dramatik qələbə qazanaraq elitaya dönüşü rəsmiləşdirib.
Uembli Stadiumda keçirilən qarşılaşmada “Hall Siti” rəqibini 1:0 hesabı ilə məğlub edib:
Hall Siti 1 - 0 Midlsbro
O. Makbörni 90+4’
Beləliklə, “Hall Siti” 9 illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq. Qarşılaşmanı tribunadan 84.506 azarkeş izləyib.
Premyer Liqaya yüksəliş klub üçün maliyyə baxımından da böyük qazanc deməkdir. İngiltərə mediasının məlumatına görə, “Hall Siti”nin büdcəsinə təxminən 300 milyon avro daxil olacaq.
Acun Ilıcalı və həyat yoldaşı Çağla Altunkayanın Premyer Liqa sevinci
© Copyright 2026, All Rights Reserved