“Bayern Münhen” Vlahoviçi ələ keçirmək istəyir
“Bayern Münhen” Duşan Vlahoviç üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Bayern Münhen” Duşan Vlahoviç transferi ilə bağlı ilk təmasları qurub. Almaniya nəhəngi “Yuventus”un hücumçusunu heyətdə Harri Keyn üçün alternativ variant kimi görür - Tuttosport.
Məlumata görə, Münhen təmsilçisi serbiyalı forvardın vəziyyətini yaxından izləyir. Bununla belə, “Bayern Münhen” transfer uğrunda tək deyil. İngiltərənin "Nyukasl Nuyated" və İtaliyanın "Napoli" klubları da futbolçunun xidmətində maraqlıdır.
Hazırda Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb. Bu səbəbdən hücumçunun gələcəyi qeyri-müəyyən olaraq qalır və onun yaxın zamanda Turin klubundan ayrılması ehtimalı nəzərdən keçirilir.
25 yaşlı futbolçu son illərdə Avropanın aparıcı hücumçularından biri kimi diqqət çəkib. Onun ətrafında yaranan marağın qarşıdakı həftələrdə daha da artacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved