Xabi Alonso Arda Güleri istəyir
“Çelsi” Xabi Alonsonun istədiyi transferi açıqladı – “Real”dan Arda Gülər!
90plus.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Xabi Alonso yay transfer pəncərəsi üçün əsas hədəflərindən birini müəyyənləşdirib.
“El Nacional” nəşrinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis “Real Madrid”in gənc yarımmüdafiəçisi Arda Güləri komandasında görmək istəyir. Mənbə bildirir ki, Alonso türk futbolçunu “Çelsi” üçün arzuladığı əsas transfer hesab edir.
Lakin Madrid təmsilçisi futbolçunu satmaq niyyətində deyil. “Kral klubu” Arda Güləri layihənin vacib hissəsi hesab edir və onun gələcək planlarda mühüm rol oynayacağına inanır.
Qeyd: Xabi Alonso “Real Madrid”dən ayrıldıqdan sonra Arda Gülər sosial şəbəkə hesabında onun üçün emosional paylaşım edib:
“Xabi Alonso, ilk gündən mənə inandığınız və güvəndiyiniz üçün təşəkkür edirəm.
Hər söhbət, hər detal və hər tələb oyunumu inkişaf etdirməyə və məni daha yüksək səviyyəyə çatdırmağa kömək etdi. Karyerama qatdığınız hər şey üçün sizə minnətdaram. Mənə olan inamınız məni daha yaxşı futbolçu etdi.
Sizə və komandanıza gələcəkdə uğurlar arzulayıram. Sizin təsiriniz həmişə mənimlə qalacaq”.
Arda Gülər 2024/25 mövsümündə “Real Madrid”in heyətində göstərdiyi performansla diqqət çəkib və klub daxilində böyük potensiala sahib futbolçulardan biri kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved