“Şəfa”nın oynayacağı stadion bilinib
Premyer Liqanın yeni iştirakçısı olan “Şəfa” 2025/2026 mövsümündə ev oyunlarını Sumqayıtda keçirəcək. Klub rəhbərliyi komandanın rəqiblərini “SOCAR Polymer Arena”da qəbul edəcəyini rəsmən təsdiqləyib.
90plus.az xəbər verir ki, bu barədə açıqlama verən klubun vitse-prezidenti Əfran İsmayılov bildirib ki, paytaxtda uyğun stadion tapmaq mümkün olmayıb - Qol.
Onun sözlərinə görə, rəhbərlik müxtəlif arenalarla danışıqlar aparsa da, heç biri ilə razılıq əldə edilməyib:
“Bir çox stadion rəhbərliyi ilə görüş keçirdik. Təklif etdik ki, arenanı bizə icarəyə versinlər, şəraiti də öz hesabımıza yaxşılaşdıraq. Təəssüf ki, müsbət cavab ala bilmədik. Sonda “Sumqayıt” klubuna müraciət etdik və onlar bizə dəstək oldular”.
Paytaxt təmsilçisinin hazırlıq prosesi isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Əfran İsmayılov həm məşqlə oyunların fərqli şəhərlərdə keçirilməsinin müəyyən çətinlik yaradacağını gizlətməyib:
“Əlbəttə, bu vəziyyət ideal deyil. Biz də istəyərik ki, həm məşq, həm oyunlar eyni məkanda olsun. Amma bu, keçici haldır. Gələcəkdə klubun öz bazası və stadionu olacaq”.
© Copyright 2026, All Rights Reserved