“Barselona” Qordon transferini bitirir
“Barselona” Entoni Qordon transferini bitirmək üzrədir.
90plus.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumata görə, “Barselona” və “Nyukasl” klubları Entoni Qordonun transferi ilə bağlı prinsipial razılığa gəlib. Bildirilir ki, katalonlar bu keçid üçün 80 milyon avro və bonuslar ödəyəcək.
Mənbənin məlumatına əsasən, 24 yaşlı vingerin tibbi müayinəsi bu həftə keçiriləcək. Beləliklə, transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Xəbərdə qeyd olunur ki, “Bayern Münhen” də futbolçu ilə şəxsi müqavilə şərtlərində razılıq əldə etmişdi. Lakin Almaniya nəhəngi transfer yarışında “Barselona”ya uduzub.
Entoni Qordonun mümkün keçidi “Barselona”nın yay transfer pəncərəsində ilk böyük transferi kimi qiymətləndirilir.
Qeyd: İngiltərəli futbolçu 2024/25 mövsümündə “Nyukasl”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxaraq 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved