“Sabah”ın futbolçusu mundial heyətində
Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib. Komandanın baş məşqçisi Fabio Kannavaro qarşıdakı mundial öncəsi 30 futbolçudan ibarət geniş siyahını açıqlayıb.
90plus.az xəbər verir ki, namizədlər arasında Azərbaycan təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonəliyev də yer alıb. Gənc futbolçu uğurlu mövsümdən sonra yığmanın diqqət mərkəzinə düşməyi bacarıb.
22 yaşlı orta xətt oyunçusu 2024/25 mövsümündə “Sabah”ın əsas fiqurlarından biri olub. O, bütün yarışlarda 36 matça çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fabio Kannavaro yekun heyəti iyunun 1-də açıqlayacaq. İtaliyalı mütəxəssis həmin gün geniş siyahıdan 4 futbolçunun adını siləcək.
Özbəkistan yığması dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo DR və Kolumbiya ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved