“Sabah” Pokatilovu saxladı, Mehbalıyevi yola saldı
“Sabah” Pokatilovla davam edir, Mehbalıyevlə vidalaşdı.
90plus.az xəbər verir ki, “Sabah” heyət planlaması çərçivəsində qapıçı xəttində qərarlarını açıqlayıb. Paytaxt təmsilçisi Stas Pokatilovla yeni müqavilə imzalayıb, Nicat Mehbalıyevlə isə yollar ayrılıb.
Klubun yaydığı məlumata görə, Qazaxıstan millisinin üzvü olan Pokatilovla 1 illik yeni sözləşmə bağlanıb. 33 yaşlı qolkiper 2025-ci ilin yanvarından “Sabah”ın formasını geyinir.
O, Bakı klubunun heyətində keçirdiyi 61 oyunda komandanın uğurlarında mühüm rol oynayıb. Təcrübəli qapıçı “Sabah”la bir dəfə Azərbaycan çempionluğu, iki dəfə isə ölkə kubokunu qazanıb.
Bununla yanaşı, klub Nicat Mehbalıyevlə vidalaşıb. 26 yaşlı qapıçının mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
“Sabah”ın açıqlamasında Mehbalıyevə xidmətlərinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.
© Copyright 2026, All Rights Reserved