Əfran İsmayılov vitse-prezident oldu
Azərbaycan futbolunda tanınmış simalardan olan Əfran İsmayılovun karyerasında yeni mərhələ başlayıb. Bir müddət əvvəl “Araz-Naxçıvan”dakı fəaliyyətini başa vuran sabiq milli üzvü artıq yeni klubunda işə start verib.
90plus.az xəbər verir ki, “Şəfa” klubu Əfran İsmayılovun rəhbər vəzifəyə gətirildiyini rəsmən açıqlayıb. Verilən məlumata görə, o, paytaxt təmsilçisinin vitse-prezidenti təyin olunub.
Qeyd: Əfran İsmayılov ötən gün “Araz-Naxçıvan”ın məşqçilər korpusundakı fəaliyyətini dayandırmışdı. O, Naxçıvan təmsilçisində köməkçi məşqçi kimi çalışırdı.
Xatırlatma: "Şəfa” 2025/26 mövsümünün yekununda Misli Premyer Liqasına yüksəlməyi bacarıb və yeni mövsümdən etibarən elitada mübarizə aparacaq.
© Copyright 2026, All Rights Reserved