Marko Yankoviç: “100 illik xatirə idi”
"Qarabağ"ın futbolçusu və Marko Yankoviç 2025/26 mövsümünün yekunlaşmasından sonra sosial şəbəkə hesabında paylaşım edib.
90plus.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi mövsümü ümumilikdə emosional və yaddaqalan adlandıraraq, geridə qalan bir ilin həm çətin, həm də inkişaf baxımından dəyərli təcrübə olduğunu vurğulayıb. O, bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib və komandada qazandığı təcrübənin karyerasında xüsusi yer tutacağını qeyd edib:
“Mövsümün sonu ilə bağlı daha bir futbol ili geridə qaldı.
Bir il davam edən, amma növbəti yüz il boyunca xatirələrdə qalan bir səyahət. Bu prosesin bir hissəsi olan və mənə böyük zirvələri yaşamaq, həm futbolda, həm də həyatda dəyərli dərslər almaq imkanı verən hər kəsə minnətdaram. Bu, həm əyləncəli, həm çətin, həm də həqiqətən öyrədici idi.
İndi isə milli komandanın vaxtıdır”.
Yankoviç paylaşımında çətin dövrlərin onu daha da formalaşdırdığını bildirib.
© Copyright 2026, All Rights Reserved