“Sumqayıt” Saşa İliçlə ayrıldı
“Sumqayıt” futbol klubu baş məşqçi Saşa İliç ilə əməkdaşlığa son qoyub.
90plus.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumata görə, serbiyalı mütəxəssisin müqavilə müddəti başa çatdığı üçün tərəflər ayrılıq qərarı veriblər. Rəhbərlik İliçə “gənclik şəhəri” təmsilçisindəki fəaliyyəti üçün təşəkkür edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Saşa İliç ötən yaydan etibarən Sumqayıt komandasını çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2025/26 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində tamamlayıb.
Qeyd: İliçin gedişindən sonra “Sumqayıt”da yeni baş məşqçi axtarışlarının başlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved