“Turan Tovuz”dan da mundiala gedən var
“Turan Tovuz”un müdafiəçisi Roderik Miller Panama millisinin heyətində dünya çempionatına yollanacaq.
90plus.az xəbər verir ki, Tovuz klubunun yaydığı məlumata görə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlayıb və təcrübəli müdafiəçiyə dəvət göndərib.
Beləliklə, Azərbaycan Premyer Liqasında çıxış edən Roderik Miller mundial iştirakçısı kimi diqqət mərkəzinə düşüb. Miller bununla həm “Turan Tovuz”, həm də Azərbaycan çempionatı adına əlamətdar göstəriciyə imza atıb.
Qeyd: Panamalı müdafiəçi ötən mövsüm “Turan Tovuz”un əsas heyət üzvlərindən biri olub və sabit çıxışı ilə seçilib. İndi isə onu karyerasının ən önəmli turnirlərindən biri gözləyir.
© Copyright 2026, All Rights Reserved