“Şamaxı” 5 futbolçunu göndərdi
“Şamaxı” yay fasiləsinə heyətdə ciddi dəyişikliklərlə başlayıb. Bölgə təmsilçisi daha 5 futbolçu ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimovun icarə müqavilələri başa çatıb. Futbolçular müqavilə ilə məxsus olduqları komandalara geri dönüblər.
“Şamaxı” ayrılan oyunçulara təşəkkür edərək, onların gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd: Şamaxı təmsilçisi yay transfer dönəmində heyətdə yenilənmə prosesini davam etdirir və yaxın günlərdə yeni ayrılıqların da olacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved