Premyer Liqaya son vəsiqənin sahibi bilinir: “Qəbələ” - “Mingəçevir”
Azərbaycan Premyer Liqasının son vəsiqəsi bu gün müəyyənləşir. Həlledici qarşılaşmada Qəbələ FK ilə Mingəçevir FK üz-üzə gələcək.
90plus.az xəbər verir ki, 2026/27 mövsümü üçün Azərbaycan Premyer Liqasında çıxış edəcək son komanda bu gün keçiriləcək pley-off oyunu ilə müəyyənləşəcək.
“Qəbələ” ötən mövsümü elitada 11-ci pillədə tamamlayaraq yerini qorumağa çalışır. “Mingəçevir” isə I Liqada ikinci yeri tutaraq Premyer Liqaya yüksəlmək üçün bu şansı qazanıb.
Görüş Sumqayıtda yerləşən SOCAR Polymer Arena stadionunda keçiriləcək. Matç saat 18:30-da start götürəcək və oyunda VAR sistemi tətbiq olunacaq.
Günün oyunu:
Saat 18:30 Qəbələ - Mingəçevir
Yayım: CBC Sport; İdman TV
Qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.
Bu oyunla 2026/27 mövsümünün Premyer Liqa tərkibi tam formalaşacaq.
© Copyright 2026, All Rights Reserved