“Çelsi” “Barsa”ya rəğmən Joao Pedronu satmır
“Çelsi” Joao Pedronu satmaq istəmir. “Barselona”nın marağına baxmayaraq, “Çelsi” hücumçu Joao Pedronu komandada saxlamaq niyyətindədir.
90plus.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Mənbənin iddiasına görə, London klubu braziliyalı futbolçu ilə bağlı heç bir transfer danışıqlarına açıq deyil.
“Çelsi” rəhbərliyi Joao Pedronu layihənin əsas simalarından biri hesab edir və onun satışı variantını ümumiyyətlə nəzərdən keçirmir. Klubun mövqeyinə görə, məsələ təklif olunacaq məbləğlə bağlı deyil və futbolçu “toxunulmaz” statusunda qiymətləndirilir.
“Barselona” Robert Levandovskinin uzunmüddətli əvəzləyicisini axtardığı üçün Joao Pedroya maraq göstərir. Kataloniya təmsilçisi hücumçunun universallığını və qol potensialını yüksək qiymətləndirir.
Braziliyalı futbolçunun 2026 Dünya Çempionatı üçün millinin heyətinə çağırılmaması onun gələcəyi ilə bağlı müxtəlif iddiaların yaranmasına səbəb olmuşdu. Lakin “Çelsi” bu qərarın futbolçunun klubdakı statusuna təsir etmədiyini düşünür.
Joao Pedro 2025/26 mövsümündə “Çelsi”nin əsas oyunçularından biri olub. O, bütün turnirlərdə 20 qol vuraraq klubun mövsümün ən yaxşı futbolçusu seçilib.
Uzunmüddətli müqaviləyə sahib olan hücumçunun yaxın vaxtlarda London klubundan ayrılması real görünmür.
© Copyright 2026, All Rights Reserved