Mövsümü 1 xalla bitirən yeganə klub oldu
Şimali Makedoniya klubundan antirekord: Mövsümü cəmi 1 xalla başa vurdu.
90plus.az xəbər verir ki, Şimali Makedoniyanın “Şkupi” klubu ölkə çempionatının tarixinin ən uğursuz mövsümlərindən birini keçirib.
Skopye təmsilçisi Makedoniya Birinci Futbol Liqasını cəmi 1 xalla başa vurub. Komanda 33 oyunda qələbə qazana bilməyib, yalnız 1 heç-heçə edib və 32 məğlubiyyət alıb.
“Şkupi” mövsüm ərzində ümumilikdə 130 qol buraxıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Klub bununla UEFA-ya üzv ölkələrin yüksək liqalarında mövsümü yalnız 1 xalla başa vuran yeganə komanda olub.
Klubun son illərdə ciddi problemlərlə üzləşdiyi bildirilir. “Şkupi”nin prezidenti və əsas sponsoru 2024-cü ilin noyabrında komandadan ayrılıb. Bundan sonra bir neçə əsas futbolçu da klubu tərk edib.
Mövsümün əvvəlində Makedoniya çempionatında VAR sistemi tətbiq olunsa da, “Şkupi”nin stadionu texnologiyanın istifadəsi üçün uyğun hesab edilməyib. Bu səbəbdən komanda bəzi matçlarda texniki məğlubiyyətlə üzləşib.
Qeyd: “Şkupi” 2012-ci ildə yaradılıb və 2022-ci ildə Şimali Makedoniya çempionu olmuşdu. Klub 2018/19 mövsümündə UEFA Avropa Liqasının təsnifat mərhələsində “Reyncers”lə qarşılaşmışdı.
© Copyright 2026, All Rights Reserved